media-photo_5298645520823819415_x

Qubadlı rayonunun Qundanlı kəndinin təbiət mənzərələri yayılıb.

ERAmedia xəbər verir ki, görüntüləri Qubadlı sakini Vüqar Həsənov sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Qubadlı rayonunun Qundanlı kəndi Azərbaycanın qədim yaşayış məntəqələrindən biri kimi uzun tarixi keçmişə malikdir. Kəndin formalaşması əsasən bölgənin əlverişli təbii-coğrafi şəraiti və Bərgüşad çayına yaxınlığı ilə bağlı olub. Tarixi mənbələrə görə, Qundanlı kəndi XIX–XX əsrlərdə əsasən kənd təsərrüfatı və maldarlıqla məşğul olan əhali tərəfindən məskunlaşıb.

1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə Qundanlı kəndi ciddi dağıntılara məruz qalıb və əhali öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Qubadlı rayonunun Qundanlı kəndi də işğaldan azad olunub.


media-adspc

Bənzər xəbərlər