Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqladı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb.
ERAmedia xəbər verir ki, 54 yaşlı peşəkar mütəxəssis İspaniya millisinin mundialın qalibi ola biləcəyinə inandığını söyləyib.
O, DÇ-2026-da ispanlarla yanaşı, Türkiyə millisinə də azarkeşlik edəcəyini bildirib: “Hər iki komandadan yaxşı nəticələr gözləyirəm”.
Türkiyə millisi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə qarşılaşacaq. İspaniya yığması isə H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla üz-üzə gələcək.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.









