media-koc

Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

ERAmedia-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sabiq dövlət başçısının vəkili Aram Orbelyan açıqlama verib.

Vəkil Aram Orbelyanın sözlərinə görə, verilən şikayətə sadəcə formal yanaşılıb. O qeyd edib ki, məsələyə baxılarkən eks-prezident ev dustaqlığına buraxılacağı təqdirdə onun əlaqələrinin nəzarətdə saxlanılması imkanı məhkəmə tərəfindən nəzərə alınmayıb.

Müdafiə tərəfi qəbul edilmiş bu qərardan Kassasiya Məhkəməsinə şikayət verməyi planlaşdırır.


media-adspc

Bənzər xəbərlər