media-1791959204363914424_1200x630

Bu ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 min TEU həcmində konteyner daşınması həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ERAmedia -ya bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur. Belə ki, ötən ilin ilk 9 ayında limanda 77 min 300 TEU həcmində konteyner daşınıb. Cari ilin göstəricisi Bakı Limanı üçün növbəti rekord nəticədir.

Hesabat dövründə limanda aşırılmış ümumi yükün həcmi də artıb. Belə ki, ümumi yük həcmi 4 faiz artaraq 6,35 milyon tona, quru yükün həcmi isə 71 faiz artaraq 1,75 milyon tona çatıb.


media-adspc

Bənzər xəbərlər