media-17919488881513021466_1200x630

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə şəhərini ballistik raketlərlə vurub.

ERAmedia xarici KİV-lərə istinadən xəbər verir ki, oktyabrın 13-ü gecə saatlarından başlayaraq oktyabrın 14-ü səhər saatlarına qədər Kiyev şəhəri və onun vilayətinə kütləvi ballistik raketlər atılıb. Raketlərin əsas hədəfi enerji infrastrukturları olub. Hazırda paytaxt Kiyev və onun vilayətində enerji kəsintiləri baş verib.

Həmçinin Kiyevin Desnyanski rayonundakı doqquzmərtəbəli yaşayış binasına ballistik raket zərbəsi nəticəsində binanın bir hissəsi dağılıb. Kiyev şəhər meri Vitali Kliçko açıqlama verib ki, çoxmərtəbəli binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.


media-adspc

Bənzər xəbərlər