media-pasinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə ölkəsi arasındakı münasibətlərin gələcəkdə dəyişəcəyini bildirib.

ERAmedia xəbər verir ki, Paşinyan bu barədə “Bun TV”nin “Üçüncü müddət” verilişində danışıb.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərindəki dəyişiklik hər hansı konkret şəxslə və ya siyasi qüvvə ilə bağlı deyil.

“Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bu, hər hansı şəxslə və ya siyasi qüvvə ilə bağlı deyil. Kim olursa olsun, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq”, – Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, ölkədə sülh mühiti formalaşdığı üçün Rusiya ilə münasibətlərin əvvəlki formatda davam etməsi mümkün deyil.

“Ermənistanda sülh mühiti olduğu müddətdə Ermənistanla Rusiya arasında münasibətlər əvvəlki kimi ola bilməz. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri başqa cürdür, sülh şəraitində Ermənistan-Rusiya münasibətləri isə tamamilə başqadır”, – deyə Paşinyan bildirib.


media-adspc

Bənzər xəbərlər