media-putin1

Rusiya Ukrayna ilə münaqişənin nizamlanması dair üçtərəfli danışıqlara hazırdır.

ERAmedia xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlarda sülh razılaşmasının yekun variantı hazır olduqdan sonra təhlükəsizliyin təminatı məsələlərinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, Rusiya və Ukraynanın gələcək təhlükəsizliyi məsələləri bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası ilə bərabər müzakirə olunmalıdır.

Putinin fikrincə, razılaşmaların əldə olunması mümkündür, lakin vəziyyətin sonrakı inkişafı digər tərəfin seçimindən də asılıdır. O, rusları və ukraynalıları vahid xalq hesab etdiyini bir daha diqqətə çatdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi itkisi barədə fikirlərini şərh edən Rusiya lideri Donbas və Novorossiyanı Rusiyanın tarixi torpaqları adlandırıb.

Rusiya Prezidenti ölkəsinin Ukrayna ilə müharibə aparmaq istəmədiyini bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Moskva istənilən halda qarşıya qoyulmuş vəzifələri yerinə yetirəcək və xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olacaq.

Avropa ölkələri ilə münasibətlərdən danışan V.Putin Rusiyanın Avropa ilə müharibə istəmədiyini və buna hazırlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, Avropa dövlətlərinin xalqları da belə bir münaqişədə maraqlı deyillər. O, Qərbdə Rusiya ilə müharibə təhlükəsi və buna hazırlıq barədə səslənən bəyanatları “siyasi şizofreniya” adlandırıb.


media-adspc

Bənzər xəbərlər