Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Səhiyyə naziri Teymur Musayevin müavinlərinin sayı artırılıb.
ERAmedia xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Hazırda Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində nazirin üç müavini – İlqar Qasımov, Rasim İsmayılov və Nadir Zeynalov göstərilir.









