media-internet2
Səhv etmək təhlükəli deyil. Səhvə öyrəşmək təhlükəlidir.
İş həyatında maraqlı bir mənzərə var.
Bəzi insanlar illərlə eyni üsulla işləyir. Sonra həmin üsul onlar üçün sadəcə təcrübə deyil, “doğru”ya çevrilir.
Kimsə başqa yanaşma təklif edəndə isə onu inkişaf imkanı kimi yox, tənqid kimi qəbul edirlər.
Problem də məhz burada başlayır.
1999-cu ildə Kruger və Dunning-in araşdırması göstərdi ki, daha zəif nəticə göstərən iştirakçılar öz performanslarını əhəmiyyətli dərəcədə yüksək qiymətləndirə bilirdilər. Məsələn, ən aşağı nəticə qrupunda olan iştirakçılar özlərini orta hesabla 62-ci percentildə (62 faizdə) görürdülər, halbuki real nəticələri 12-ci percentil ətrafında idi.
Bu, iş həyatında belə görünür:
“Mən bunu illərdir belə edirəm.”
Amma illərlə etmək onun doğru olduğunu sübut etmir.
Əksinə, ən təhlükəli mərhələ insanın öz səhvini artıq səhv kimi görməməsidir.
Gallup məlumatına görə, işçilərin yalnız 3/10-u işdə fikirlərinin nəzərə alındığını düşünür. Bu göstərici 6/10-a çatdırıldıqda isə təşkilatlarda dövriyyənin 27% artması, təhlükəsizlik insidentlərinin 40% azalması və məhsuldarlığın 12% artması ilə əlaqə müşahidə olunub.
Deməli, peşəkarlıq yalnız öz işini yaxşı görmək deyil.
Peşəkarlıq həm də eşitmək, şübhə etmək və lazım gəldikdə “bəlkə də mən yanılıram” deyə bilməkdir.
Çünki səhv edən insan inkişaf edə bilər.
Amma öz səhvini “doğru” hesab edən insanın inkişaf etməsi üçün əvvəlcə özünə sual verməsi lazımdır.
Ən təhlükəli rutin isə budur:
“Mən həmişə belə etmişəm.”
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
media-baxtiyar

media-adspc

Bənzər xəbərlər