Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri artıb
Cari ilin yanvar-may aylarında Azərbaycan 100 milyon 5,17 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 10,6 faiz çoxdur.
ERAmedia-ya Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 56 milyon 62,02 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 4,1 dəfə artım deməkdir.
Yanvar-may aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,4 faizini, idxalı isə ümumi idxalın 1,47 faizini təşkil edib.









