media-w_1617831496881145946917_1200x630

Beşinci “Shahin Novrasli Festival-2026” beynəlxalq festivalı (əvvəllər “Bakı Piano Festivalı” adlanırdı) “Nomade” kollektivinin və vokalist Josefina “Pepa” Bekerin (Latın Amerikası) iştirakı etdikləri konsertlə açılıb.

ERAmedia xəbər verir ki, konsert İçərişəhərdə, Qoşa qala qapısının yaxınlığındakı açıq hava səhnəsində baş tutub. Tədbir paytaxt sakinləri, şəhərin qonaqları, diplomatik nümayəndəliklərin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər də daxil olmaqla çoxlu sayda tamaşaçı toplayıb.

“Nomade” Latın Amerikası xalq musiqisinin sədalarını müasir ritmlərlə birləşdirərək dünyanı gəzən musiqi qrupudur.

Çilili müğənni və gitaraçı Josefina “Pepa” Beker bossa-nova, Braziliya sambası, Kuba bolerosu və ənənəvi Latın Amerikası melodiyalarını unikal musiqi əsərlərində birləşdirir. Latın Amerikası qrupuna, həmçinin barabançı Ayzek Camba (Braziliya) və kontrabasçı Erik Jako (Fransa) qoşulub, Onlar festivalın qarşıdakı günlərində ayrı-ayrı konsertlər verəcəklər.

Shahin Novrasli Festival-2026” 2-12 iyul tarixlərində Bakıda keçirilir. Paytaxt sakinləri və şəhərimizin qonaqları 10 gün ərzində on ölkədən olan musiqiçilərin ifasında müxtəlif janrlarda musiqilərdən ibarət geniş proqramdan zövq alacaqlar.

Tədbirin proqramına, həmçinin festival yarmarkası, gündəlik DJ setləri, ədəbi müsabiqə və cem sessiyaları daxildir. Festivalın xüsusi qürur mənbəyi gənc istedadların “We Are the Future” adlı konsertidir.


media-adspc

Bənzər xəbərlər