media-17580179964963234714_1200x630

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin Əmirliyin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.

ERAmedia xəbər verir ki, səfər barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, prezidentlərin qarşılıqlı səfərləri ölkələr arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə xüsusi töhvə verməkdədir.

O qeyd edib ki, dövlətlər bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurublar.

“Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.

Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub. BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir”, – deyə o əlavə edib.

Deputat vurğulayıb ki, əməkdaşlıq eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkdədir.

“Belə ki, BƏƏ Azərbaycanın yaşıl enerji sektorunda ən çox sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir.

Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”, – deputat bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər