media-screenshot_13

İsveçrənin Sürix şəhərində “Halloween” gecəsi solçu radikal qrupların çağırışı ilə keçirilən icazəsiz yürüşdən sonra kütləvi iğtişaşlar baş verib.

ERAmedia xəbər verir ki, Sürix Şəhər Polisinin məlumatına görə, noyabrın 1-nə keçən gecə Langştrasse küçəsi və ətrafında yüzlərlə adam toplaşıb.

Saat 23:00 radələrində nümayişçilər küçələrdə hərəkət etməyə başlayıb. Daha sonra zibil konteynerləri yandırılıb, müxtəlif ərazilərdə elektrik velosipedləri və skuterlərə od vurulub.

Zvingli küçəsində isə avtomobil yandırılıb. Həmçinin avtobus dayanacağının və yaxınlıqdakı mağazaların şüşələri sındırılıb.

İğtişaşçılar polis əməkdaşlarına fişənglər, daş və butulkalar atıblar. Polis su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Yanğınların söndürülməsi üçün şəhərin peşəkar yanğınsöndürmə briqadası da hadisə yerinə cəlb olunub.

Dəymiş maddi ziyanın həcmi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər