media-irevan_xani_esya_3

Azərbaycan memarlığının ən mühüm nümunələrindən biri hesab edilən İrəvan Xan Sarayı (Sərdar sarayı) ilə bağlı tarixi məlumatlar yenidən gündəmə gəlib.

ERAmedia xəbər verir ki, saray XVI əsrdə İrəvan sərdarı Əmirgünə Qacar tərəfindən inşa etdirilib, 1760–1770-ci illərdə isə İrəvan xanı Hüseynəli xan tərəfindən genişləndirilərək təkmilləşdirilib. 1827-ci ildə rus qoşunlarının İrəvanı işğal etməsindən sonra saray ciddi zədələr alıb və sonrakı dövrlərdə müəyyən bərpa işləri Mirzə Qədim İrəvani tərəfindən həyata keçirilib.

Məlumatlara görə, 1913-cü ildə saray qismən dağıdılıb, 1918-ci ildə isə tamamilə məhv edilib. Nəticədə Səfəvi və Qacar dövrünə aid olan bu memarlıq abidəsi tədricən tarix səhnəsindən silinib.

Hazırda isə sarayın yerləşdiyi ərazidə şərab zavodunun fəaliyyət göstərir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər