media-1773388105_1765297913_qazneqliukrayb

Hazırda Avropa dövlətləri təbii qaz idxal etmək üçün alternativ yollar axtarır. Belə ki, Avropanın qaz anbarlarının yalnız 57 faizi doldurulub. Bu da ötən ilin eyni dövründəki göstərici – 68,9 faizlə müqayisədə kəskin şəkildə aşağıdır. Bu rəqəm 2011-ci ildə məlumatların toplanması başlanandan bəri ilin bu vaxtı üçün qeydə alınan ən aşağı səviyyədir. Avropa anbarlarında hazırda təxminən 62,4 milyard kubmetr təbii qaz var.

ERAmedia xəbər verir ki, bu gün Niderlandın TTF habında qazın 1000 kubmetrinin qiyməti 1,6 faiz artaraq 696 dollar olub.

Cari ilin mart ayından başlayaraq Avropa təbii qaz bazarında qiymət artımı davam edir. Qış mövsümünün başa çatması ilə əlaqədar olaraq aprel ayında qazın qiyməti 14 faiz aşağı düşüb, mayda 5 faiz artıb, iyunda isə 6 faiz enib. Qiymətin bu trayektoriya ilə hərəkəti ümumilikdə bazarda qazın qiymətinin 3 faiz artdığını göstərir.

Hörmüz boğazında yaranan problemə görə Yaxın Şərqdən qaz tədarükünün dayanması qiymətlərin artmasına səbəb olub. Bununla yanaşı, Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edən Qətər İranın raket zərbələri nəticəsində istehsalı azaldıb.

Mütəxəssislərin rəyinə əsasən, qış aylarında qazın qiyməti həm mövsümlə əlaqədar, həm də nəqliyyatda yaranan problemlərlə əlaqədar olaraq ikiqat artacaq.


media-adspc

Bənzər xəbərlər