Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edilib.
ERAmedia-ya AZSTAND-dan bildirilib ki, yeni dövlət standartları bunlardır:
• AZS ГОСТ 862.1:2026 “Parket məmulatları. Massiv parket. Texniki şərtlər”;
• AZS ГОСТ 17241:2026 “Döşəmə örtüyü üçün polimer materiallar və məmulatlar. Təsnifat”;
• AZS ГОСТ 19804:2026 “Zavod istehsalı olan dəmir-beton svaylar. Ümumi texniki şərtlər”;
• AZS ГОСТ 22551:2026 “Şüşə sənayesi üçün kvars qumu, üyüdülmüş qumdaşı, kvarsit və damar kvarsı. Texniki şərtlər”;
• AZS ГОСТ 23671:2026 “Şüşə sənayesi üçün əhəngdaşı. Texniki şərtlər”;
• AZS ГОСТ 23118:2026 “Tikinti üçün polad konstruksiyalar. Ümumi texniki şərtlər”;
• AZS ГОСТ 15820:2026 “Polistirol və stirol kopolimerləri. Qalıq monomerlərin və polimerləşməyən qarışıqların qaz xromatoqrafik üsulu ilə təyini”;
• AZS EN 13986:2026 “Tikintidə istifadə üçün ağac tavalar. Xüsusiyyətlər, uyğunluğun qiymətləndirilməsi və markalanma”;
• AZS ISO 21542:2026 “İnşaat konstruksiyası – Tikinti obyektinin əlçatanlığı və istifadəyə yararlılığı”;
• AZS ГОСТ 4640:2026 “Mineral yun. Texniki şərtlər”;
• AZS ГОСТ 24099:2026 “Təbii daş əsasında dekorativ tavalar. Texniki şərtlər”;
• AZS ГОСТ 30834:2026 “Divar kağızı. Təriflər və qrafik simvollar”;
• AZS ГОСТ Р 58760:2026 “Mobil (inventar) binalar. Ümumi texniki şərtlər”;
• AZS ГОСТ 23499:2026 “Səs izolə edən və səsuducu tikinti materialları və məmulatları. Ümumi texniki şərtlər”;
• AZS ГОСТ 8736:2026 “Tikinti işləri üçün qum. Texniki şərtlər”;
• AZS EN 508-1:2026 “Metal lövhədən dam örtüyü və üzlük materialları. Polad, alüminium və ya gücləndirilmiş paslanmayan polad lövhədən materiallara dair texniki şərtlər – Hissə 1: Polad”;
• AZS EN 508-3:2026 “Metal lövhədən dam örtüyü və üzlük materialları. Polad, alüminium və ya gücləndirilmiş paslanmayan polad lövhədən materiallara dair texniki şərtlər – Hissə 3: Paslanmayan polad”;
• AZS EN 998-1:2026 “Hörgü üçün məhlula dair texniki şərtlər – Hissə 1: Suvaq və suvaq məhlulu”;
• AZS EN 998-2:2026 “Hörgü üçün məhlula dair texniki şərtlər – Hissə 2: Hörgü məhlulu”;
• AZS EN 13369:2026 “Prefabrik beton məmulatları üçün ümumi qaydalar”;
• AZS EN 13813:2026 “Döşəmə materialı və döşəmə örtükləri – Döşəmə materialı – Xüsusiyyətlər və tələblər”;
• AZS EN 14351-1:2026 “Pəncərə və qapılar – Məhsul standartı, istismar xüsusiyyətləri – Hissə 1: Pəncərə və xarici qapı dəstləri”;
• AZS EN 14991:2026 “Prefabrik beton məmulatları – Özül elementləri”.
Yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir. Həmin dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, sözügedən dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir.










