media-17814667636248639865_1200x630

Almatıda “Almatı – Türk dünyasının gənclər paytaxtı – 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

ERAmedia Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev iştirak edib.

Mərasimin əsas hadisəsi “Türk dünyasının gənclər paytaxtı” statusunun Almatıdan Özbəkistanın Xivə şəhərinə rəsmi şəkildə təhvil verilməsi olub.

Rəmzi açarın təqdim olunması gənclər təşəbbüslərinin davamlılığını və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini ifadə edib.

“Almatı – Türk dünyasının gənclər paytaxtı – 2025” statusunun həyata keçirilməsi çərçivəsində şəhərdə müxtəlif formatlarda 50-dən çox tədbir təşkil olunub. Bu tədbirlərdə türk dünyasından 40 mindən çox gənc iştirak edib.


media-adspc

Bənzər xəbərlər