media-1722089467_70dc9432-af46-4744-bee8-1d91a4cfff58

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi Xmelnitski bölgəsində missiya zamanı qəzaya uğrayıb. Təyyarədə olan hər iki pilot həlak olub.

ERAmedia xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumata görə, qırıcı təyyarənin hələlik müəyyən edilməmiş səbəbdən qəzaya uğrayıb.

Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları hadisə yerinə göndərilib.

“Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları qəza yerində işlərini davam etdirir. Hər iki pilot həlak olub. İlkin məlumatlara görə, mülki şəxslər arasında itki yoxdur”, – deyə açıqlamada bildirilib.

Hakimiyyət orqanları qəzanın səbəbinin hələ də bəlli olmadığını və hərtərəfli araşdırmanın başlandığını bildirib. Qəzanın necə baş verdiyinin təfərrüatları və texniki aspektlər araşdırmadan sonra aydınlaşdırılacaq.

Vural


media-adspc

Bənzər xəbərlər