media-socar-1

SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi çərçivəsində 3 min terabaytdan çox seysmik məlumat əldə olunub.

ERAmedia xəbər verir ki, SOCAR-dan bildirilib ki, növbəti mərhələdə bu məlumatların emalı nəzərdə tutulur.

“Bununla bağlı artıq podratçı tərəfin seçimi prosesinə başlanılıb”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumundakı çıxışında “Bu gün Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə bir müjdə, xoş xəbər verəcəklər. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, “Üstyurt” yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq” – deyə bildirmişdi.

Qeyd edək ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” SC arasında imzalanan Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) əsasən, Üstyurdun altı investisiya blokunda – Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboyda kəşfiyyat, işlənmə və hasilatı nəzərdə tutulur. SOCAR geoloji-kəşfiyyat işləri mərhələsində operator qismində çıxış edir. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

HPBS-də iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.


media-adspc

Bənzər xəbərlər