Vəfat edən aktrisanın son görüntüləri üzə çıxdı
“Kızılcık Şerbeti” serialındakı performansı ilə geniş tamaşaçı kütləsinin diqqətini qazanan aktrisa Ece İrtemin vəfatı sənət dünyasını yasa qər qedib.
ERAmedia xəbər verir ki, İstanbulda Kadıköydəki evində həyatını itirən 35 yaşlı aktrisanın ölümündən qısa müddət əvvəl çəkilən görüntüləri gündəmə gəlib.
Görüntülərdə İrtemin anası və bir dostu ilə birlikdə kafeyə getdiyi, geri dönüş yolunda isə anasının dəstəyi ilə yeridiyi görünür.
İrtemin yaxın dostu Cansu Gültekin birlikdə çəkilmiş köhnə fotolarını paylaşaraq duyğusal mesaj yayımlayıb.
Gültekin paylaşımında bunları qeyd edib:
“Bir dəfə mənə ‘özümü xəyalımda yaşlı bir qadın kimi görə bilmirəm, yəqin gənc yaşda öləcəyəm’ demişdi. Çox saf qəlbli bir qız idi. Son dövrlərdə çox itkiləri və yasları olmuşdu, çox üzülmüşdü”.
Aktrisanın anası Nuriye İrtemin qızının alkoqol və antidepresan istifadə etdiyi ilə bağlı ifadə verdiyi iddiası da gündəmə gəlib. Lakin bu iddiaların həqiqəti əks etdirmədiyi bildirilərək ailə vəkili tərəfindən təkzib olunub.
Ece İrtemin cənazəsinin Aydın vilayətinin Kuşadası rayonuna aparılacağı və günorta namazından sonra Mərkəz Hanım Məscidində keçiriləcək mərasimdən sonra dəfn ediləcəyi bildirilir. Məhkəmə-Tibbi Ekspertiza İdarəsi qarşısında açıqlama verən aktrisanın dostları böyük kədər yaşadıqlarını ifadə ediblər.
Aktrisa Jassica May isə “Eceni çox yaxşı tanıyırdıq. Təmiz və parlaq bir insan idi. Nadir rast gəlinən bir şəxs idi. Heç bir pisliyi yox idi” deyib.
Müğənni və aktrisa Feride Hilal Akın da “Çox üzgünük, onu çox sevirdik. Gənc, gözəl, ağıllı və hər kəsə ilham verən biri idi. Şokdayıq” sözlərini deyib.
Vüsalə










