Eldəniz Əzizli beşqat dünya çempionu oldu | Sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ | Meteohəssas insanların NƏZƏRİNƏ! | “Günəşim” Kukla Teatrı Qubadlı şəhəri günü ilə bağlı video-çarx hazırlayıb | Azərbaycan millisindən növbəti QƏLƏBƏ | FHN silsilə maarifləndirmə tədbirləri keçirib -FOTO | Azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası BRÜSSELDƏ | Raket qalıqları Məkkə və Mədinəyə düşüb | Qubadlı – doğma torpağa qayıdışın və ümidlərin ünvanıdır | Biləsuvarda ildırım elektrik xəttini vurub | Xəzər dənizindəki bu adalar materikə birləşib | Azərbaycan millisi bu gün iki oyun keçirəcək | Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıdıb | Fransada aksiyalar zamanı 1000-ə yaxın şəxs saxlanılıb | Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb | AzTV üçün yeni bina tikiləcək - VİDEO | Kiyev şərtləri pozub - Mask | Balaca rəssamlarımız “Art Shopping” sərgisində | Qubadlıya öz sahibləri qayıdıb - ŞƏRH | Qubadlının işğaldan azad olunmasından 6 il ötür
media-1781976450-ede

Doqquz yaşından 33 yaşınadək əlilliyə görə müavinət alan Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vüsal Məmmədovun ödənişi kəsilib.

 

ERAmedia xəbər verir ki, müavinət bu ilin aprel ayında dayandırılıb.

Vüsal Məmmədov iddia edir ki, bu günə kimi hər beş ildən bir təkrar komissiyadan keçib. Anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 3-cü qrup əlliliyə görə 180 manat müavinətlə təmin edilib.

Vüsal Məmmədov deyir ki, təkrar komissiyadan keçmək məqsədi ilə ərazi üzrə 23 nömrəli Şəhər poliklinikasına müraciət edib. Lakin gözlədiyi nəticəni əldə edə bilməyib.

TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, Vüsal Məmmədov 2011-ci ildən etibarən anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 23 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən III qrup əlillik təyinatı alıb. Əlillik müddəti bitdiyi üçün bu il aprelin 27-də təkrar həmin poliklinikaya müraciət edib və zəruri tibbi müayinələrə göndərilib.

Mayın 5-də poliklinikanın Həkim məsləhət komissiyası təqdim edilən sənədləri əlillik meyarına uyğun olduğu üçün rəsmiləşdirib və 11 nömrəli Şəhər poliklinikasının Mərkəzi həkim komissiyasına göndərib. Daha sonra müvafiq sənəd rəsmiləşdirilərək Tibbi-sosial ekspertiza komissiyasına təqdim edilib. Komissiya tərəfindən sənədə mayın 26-da ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmaların dəqiqləşdirilməsi göstərişi ilə imtina verilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən rəyə əsasən, sənəddə ağırlaşmalar qeyd edilib. Vətəndaş iyunun 5-də Tibbi-sosial ekspertiza komissiyasında əyani baxışda olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Vüsal Məmmədovun əlilliyi həm elektron sistem üzərindən, həm də qurumun həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı onun hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop