media-rusiya

“Rusiya ordusu Ukrayna ilə müharibədə 1,4 milyon əsgər itirib” yazırlar. Nə üçün itirib?

Milli Məclisin sabiq deputatı Etibar Əliyev bu məsələyə Çex satirik-yazıçısı, dramaturqu və jurnalisti Yaroslav Qaşekin məşhur “İgid əsgər Şveykin məcaraları” əsəri üzərindən yanaşaraq fikirlərini bölüşüb.

O qeyd edib ki, Milan Kundera bu əsəri “axırıncı böyük xalq romanı” adlandırıb. Əsərin diqqətçəkən cəhəti isə onun hərbi roman olmasıdır: hadisələr həm döyüş meydanında, həm də arxa cəbhədə cərəyan edir. Buna baxmayaraq, müharibə və onun dəhşətləri əsərdə gülüş mövzusuna çevrilir.

Etibar Əliyevin sözlərinə görə, bunun əsas səbəbi əsgərlərin müharibənin mahiyyətini və məqsədini anlamamasıdır.

“Milan Kundera yazır: ‘Homerdə və Tolstoyda müharibənin mənası tam aydındır: Gözəl Yelena və vətən üçün döyüşürdülər. Şveyk və onun yoldaşları müharibəyə nə üçün getdiklərini bilmirlər. Biabırçılıq odur ki, bu, onların heç vecinə də deyil’”, – deyə sabiq deputat bildirib.

O vurğulayıb ki, Qaşekin 1921-1923-cü illərdə yazdığı əsərin ideyasından sonrakı dövrlərdə böyük dövlətlər də istifadə ediblər. Onun fikrincə, müxtəlif dövrlərdə yaradılan “müttəfiq qoşunlar” və “sülhməramlı qoşunlar”ın tərkibində döyüşənlərin motivasiyası da bəzən Şveyk və onun yoldaşlarının vəziyyətinə bənzəyib.

Etibar Əliyevin fikrincə, müharibənin ən böyük faciələrindən biri odur ki, sıravi əsgər bəzən hansı məqsəd uğrunda döyüşdüyünü belə dərk etmir. Belə vəziyyətdə insan həyatı böyük siyasi və hərbi məqsədlərin fonunda sadəcə statistik rəqəmə çevrilir.


media-adspc

Bənzər xəbərlər