Milyonlarla avro vəsait toplayan fəvvarə - VİDEO
İtaliyanın paytaxtı Romada yerləşən məşhur Trevi fəvvarəsindən bu il 1,6 milyon avro vəsait toplanıb.
ERAmedia xarici mətbuata istinadən xəbər verir ki, fəvvarədən yığılan pulların məbləği ötən illə müqayisədə təxminən 238 min avro azalıb.
Toplanan vəsait “Caritas Roma” təşkilatı tərəfindən sosial layihələrə yönəldilir. Məbləğin azalması isə fevralın 1-dən tətbiq edilən 2 avroluq giriş haqqı ilə əlaqələndirilir.
İldə 4 milyondan çox turistin ziyarət etdiyi fəvvarədə ödənişli giriş sistemi sıxlığın, çirklənmənin və abidənin zədələnməsinin qarşısını almaq məqsədilə tətbiq olunub. Roma şəhər şurası yeni bilet sistemindən ilk ayda 435 min avrodan çox gəlir əldə edib. Bu vəsait tarixi abidələrin qorunmasına yönəldilir.
Videonu izləmək üçün linkə keçid edin:










