Qeyri-adi toy mərasimi - VİDEO
Pakistanlı gəncin eyni gecədə dörd qadınla evlənməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
ERAmedia xəbər verir ki, qeyri-adi toy mərasimindən görüntülər sosial platformalarda sürətlə yayılıb.
Xarici mətbuatın məlumatına görə, videoda bəyin dörd gəlinlə birlikdə toy səhnəsinə çıxdığı görünür. Mərasimdə çoxsaylı qonaqların da iştirak etdiyi bildirilir.
Görüntülər izləyicilər arasında təəccüb doğurub. Sosial şəbəkə istifadəçilərinin bir qismi hadisəyə yumorla yanaşaraq müxtəlif şərhlər yazıb, digərləri isə belə bir qərarın necə mümkün olduğunu müzakirə ediblər.
Videonu izləmək üçün linkə keçid edin:










