media-ibrahim-nebioglu
media-925176417_1458634272453793_5089590095217063087_n
Dünənki yazımda Riman hipotezinin isbatı haqdakı yazımdan sonra, bu gün də 24 yaşlı dahi çocuğu yaxından tanıyaq…
Levent Alpöge türk əsilli amerikalı riyaziyyatçıdır, əsas sahəsi ədədlər nəzəriyyəsidir. 1 aprel 1992-ci ildə ABŞ-ın Long Island şəhərində doğulub, həm ABŞ, həm də Türkiyə vətəndaşıdır.
Təhsili və elmi yolu.
Harvardda oxuyub.
Bəzi türk mənbələri onu Harvardın riyaziyyat fakültəsini birinci yerlə bitirən ilk türk adlandırır. Tələbə ikən 2015-ci ildə bakalavr tələbəsinin ən yaxşı riyazi tədqiqatına verilən Frank və Brennie Morgan mükafatını qazanıb. Doktorluq dissertasiyasını 2020-ci ildə Prinstonda Fields mükafatçısı Manjul Bhargavanın rəhbərliyi ilə “Points on Curves” (“Əyrilər üzərindəki nöqtələr”) mövzusunda müdafiə edib. Sonra Harvardda Junior Fellow kimi çalışıb. Bhargava ilə birgə işləri arasında iki kubun cəmi şəklində yazıla bilən tam ədədlər haqqında məqalə və Mordell hipotezinin effektiv variantına dair tədqiqatlar var. Hətta bir asteroidə onun adı verilib.
Anthropic-dəki işi.
Hazırda Anthropic-in texniki heyətindədir.
Bu ilin avqustunda Claude-un dzeta-funksiyanın sıfırları ilə bağlı nəticəsini Ralph Furmanla birlikdə yoxlayan iki riyaziyyatçıdan biri o idi. Sentyabrda Navye–Stoks ətrafındakı müəlliflik mübahisəsində adı Tristan Buckmasterlə birgə çəkildi. 20 noyabrda isə Riman hipotezini isbat etdiyini elan etdi.

media-adspc

Bənzər xəbərlər