Külək Gəncədə fəsadlar törədib
Gəncədə əsən güclü külək nəticəsində çinar ağacının iri budağı qırılaraq ətrafdakı tikililərin və avtomobillərin üzərinə düşüb.
ERAmedia xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.
Nəticədə bir fərdi yaşayış evinə, mağazanın dam örtüyünə və iki avtomobilə ziyan dəyib. Mağazanın tavanında və nəqliyyat vasitələrində maddi zərər qeydə alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Aşmış ağac budağının ərazidən götürülməsi istiqamətində işlər görülür.









