Kataloniya klubu Bakıdan maraqlı görüntülər paylaşıb - VİDEO
Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la qarşılaşmaq üçün Bakıya gələn “Barselona” paytaxtımızdan maraqlı paylaşım edib.
ERAmedia xəbər verir ki, Kataloniya klubunun instaqram hesabında Bakıdan maraqlı görüntülər paylaşılıb. Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Videodan göründüyü kimi Barselonalı qonaqlar Bakının qədim abidələri ilə bərabər hündür binalarını da azarkeşlərə təqdim ediblər.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Videoya baxmaq üçün linkə keçid edin:










