ABŞ-dakı qar fırtınasında ölənləri sayı 85 nəfərə çatdı
ABŞ-ı bürüyən güclü qar fırtınası nəticəsində həyatını itirənlərin sayı 85-ə yüksəlib.
ERAmedia xəbər verir ki, bu barədə “Associated Press” agentliyi təbii fəlakətdən zərər çəkmiş ştatların hakimiyyət orqanlarının statistik məlumatlarına istinadən xəbər verir.
Daha əvvəl 73 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, ölüm hallarının təxminən yarısı sərt qış şəraitinə alışıq olmayan cənub ştatlarının — Tennessi, Missisipi və Luiziananın payına düşür.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölüm halları müxtəlif səbəblərdən baş verib. Bunlara hipotermiya (donma), dəm qazından zəhərlənmə, eləcə də avtomobillərin, xizək və qar təmizləyən texnikaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri daxildir.
Mələk Onur









