media-1785442863381124850_1200x630

HƏMAS hərəkatı və Fələstinin digər qruplaşmaları Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmanın bütün bəndlərini qəbul ediblər.

ERAmedia xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, razılaşma Sülh Şurası tərəfindən təqdim olunan Qəzza planı çərçivəsində əldə olunub. Sənədin rəsmi açıqlanması İsrail tərəfinin HƏMAS tərəfindən qəbul edilən şərtləri təsdiqləməsindən sonra gözlənilir.

Bildirilib ki, razılaşmaya əsasən, HƏMAS silahlarını, o cümlədən ağır silahları Qəzzanın idarə olunmasını təmin edəcək Fələstin komitəsinə təhvil verməlidir. Silahların inventarlaşdırılması və saxlanması beynəlxalq komitənin nəzarəti altında həyata keçiriləcək.

HƏMAS, həmçinin silahların təhvil verilməsi prosesinin İsrail qoşunlarının çıxarılması ilə əlaqələndirilməsinə və bu proses üçün ən azı 14 günlük müddətin müəyyənləşdirilməsinə razılıq verib.


media-adspc

Bənzər xəbərlər