media-177059534642710591_1200x630

Bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında, Körfəz üzərində kəşfiyyat uçuşu həyata keçirib.

ERAmedia xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursunun məlumatlarında deyilir.

Məlumata görə, təyyarə Bəhreyndə yerləşən aviabazadan havaya qalxıb. Çoxsaatlıq uçuş zamanı “P-8A Poseidon” mərkəzi Körfəzdəki beynəlxalq sular üzərindən keçərək, Bəhreynin şimal hissəsindən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edib.

Qeyd olunur ki, bu tip Amerika patrul təyyarələri müntəzəm olaraq Hörmüz boğazı, Körfəz və Oman körfəzi ərazisindəki vəziyyətin monitorinqi üçün istifadə olunur.


media-adspc

Bənzər xəbərlər