media-avropa-ittifaqi-rus-diplomatlarin-seyahetlerine-mehdudiyyet-qoydu-rasthaber-azerbaycan-860x484

Çexiya Rusiyanın diplomatik nümayəndəliklərində çalışan və ölkədə akkreditasiyadan keçməyən əməkdaşların ölkə daxilində hərəkətinə məhdudiyyətlər tətbiq edib.

ERAmedia bildirir ki, bu barədə Rusiyanın Praqadakı səfirliyindən “İzvestiya” qəzetinə məlumat verilib. Səfirlikdən bildirilib ki, yanvarın 23-də Rusiya səfirliyi Çexiya Xarici İşlər Nazirliyindən ölkə üzrə hərəkət qaydalarının dəyişdirilməsi ilə bağlı nota alıb. Qeyd olunub ki, yeni qaydalar ümumavropa məhdudiyyətləri çərçivəsində tətbiq edilir və Çexiyada akkreditasiyadan keçməyən Rusiya diplomatik missiyalarının əməkdaşlarına şamil olunur.

Yanvarın 29-da isə Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Afinadakı səfirliyini Avropa İttifaqı daxilində rus diplomatların hərəkətinə məhdudiyyətlər qoyulması barədə məlumatlandırıb.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi də Rusiyanın Stokholmdakı səfirliyinə bildirib ki, Aİ qaydalarına əsasən, diplomatların hərəkətləri barədə İsveç tərəfinə əvvəlcədən məlumat verilməlidir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər