Azərbaycanın çay ixracı 24 faizədək artıb
Cari ilin yanvar-iyun aylarında ölkədən 437,2 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz çoxdur.
ERAmedia-ya Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən çayın dəyəri 19,4 faiz artaraq 3 milyon 801,35 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında isə Azərbaycandan 3 milyon 185,04 min dollar dəyərində yəni, 353,31 ton çay ixrac edilib.









