Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirdi
İyulun 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sumqayıtda vətəndaşlarla görüşüb.
ERAmedia-ya Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, qayğı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və digər mövzular yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.









