media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
Niyə şərikli bizneslərin sonu ağır fəsadlarla və düşmənçiliklə bitir,
bizim iş mühitindəki bu mexanizm niyə effektiv deyil?
Az da olsa çox yaxşı nümunələrimiz də var, şəxsən müşahidə etdiyim!
Azərbaycanda sahibkarların ən böyük problemlərindən biri rəqabət deyil, şəriklilik münasibətləridir.
İllərlə müşahidə etdiyim bir reallıq var:
Bir çox biznes xarici rəqiblərə yox, daxildəki şərik konfliktlərinə görə dağılır.
Başlanğıcda hər şey çox gözəl görünür:
“Birlikdə böyüyəcəyik”, “Qardaş kimi işləyəcəyik”, “Pul ikinci plandadır”…
Amma biznes böyüdükcə insanın xarakteri, eqosu, qorxuları və idarəetmə tərzi də ortaya çıxmağa başlayır.
Azərbaycanda şərikliklərin dağılmasının əsas səbəbləri adətən bunlardır:
• Hüquqi razılaşmaların zəif olması
• Rolların və səlahiyyətlərin qeyri-müəyyənliyi
• Fərqli iş etikası və məsuliyyət səviyyəsi
• Gəlirin istifadəsi ilə bağlı konfliktlər
• Eqo və qərarvermə savaşları
• Qısqanclıq və müqayisə psixologiyası
• Şəxsi münasibətlərin biznesə qarışması
• Ortaq dəyərlərin olmaması
Ən təhlükəli məqam isə budur:
İnsanlar biznesə şərik seçərkən peşəkarlıqdan çox emosiyaya üstünlük verirlər.
“Dostumdur”, “Qohumdur”, “Pis günün adamıdır” kimi yanaşmalar sonradan ağır maliyyə və psixoloji itkilərə çevrilir.
Xarici təcrübədə isə uğurlu şərikliklər daha çox sistem üzərində qurulur:
• Yazılı və detallı müqavilələr
• Çıxış strategiyası (exit plan)
• Dividend və reinvestisiya qaydaları
• Səlahiyyət xəritəsi
• Müstəqil audit və şəffaf hesabatlılıq
• Müntəzəm strateji görüşlər
Ən vacib fərq:
Onlar münasibəti sistem qoruyur deyə qururlar.
Biz isə çox vaxt sistemi münasibət qoruyar düşünürük.
Uğurlu şəriklik üçün məncə 5 əsas prinsip vacibdir:
Şərik seçərkən xarakter analizinə maliyyə analizindən daha çox diqqət edin
Ən yaxın dostunuzla belə yazılı qaydalar müəyyən edin
Rolları və qərarvermə sərhədlərini əvvəlcədən bölün
Pulun istifadəsi ilə bağlı qaydaları əvvəlcədən yazılı təsdiqləyin
Şəxsi münasibətlə biznes münasibətini ayırın
Çünki biznesdə ən böyük risk bazar deyil.
Yanlış insanla uzunmüddətli ortaq yol getməkdir.
Xüsusi qeyd, ortaqların ailəvi dost olmasını qətiyyətlə tövsiyyə etmirəm, nadir istisnalar ola bilər.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər