Bu gün ikinci yarımfinalçı bəlli olacaq
Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək.
ERAmedia xəbər verir ki, İspaniya millisi Belçika ilə qarşılaşacaq. ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərindəki “Sou-Fay” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu cütün qalibi yarımfinalda Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.










