media-17701933502635910119_1200x630

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb.

ERAmedia İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Livanla sərhədində yerləşəcək həmin bölmə kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.


media-adspc

Bənzər xəbərlər