Bu ölkədə yəhudi icmasına hücum olub
Londonun şimalında yəhudi icmasının nümayəndələrinə qarşı hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb.
ERAmedia xəbər verir ki, bu barədə “Scotland Yard”ın yaydığı məlumatda deyilir. Hadisə mayın 9-na keçən gecə Enfild rayonunun Sautberi-Roud küçəsində qeydə alınıb.
Şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb. Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb. Onların əlavə tibbi yardıma ehtiyac olmadığı bildirilib.










