Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlarda 178 nəfər həbs olunub
Türkiyədə terror təşkilatlarının fəaliyyətinin aşkarlanması məqsədilə aparılan istintaqlar zamanı müəyyən edilən 241 nəfərdən 225-i saxlanılıb.
ERAmedia “Haber Global”a istinadən xəbər verir ki, saxlanılanların 218-i Ankara Baş Prokurorluğuna gətirilib.
Şübhəlilərdən altısı sərbəst buraxılsa da, 212 şəxsin işi məhkəməyə göndərilib. Məhkəmə tərəfindən dindirildikdən sonra 178 şübhəli həbs edilib, 34 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.










