media-skwppel5qcg6c9inkmbqxbax34lhgzwtmrmkh0xb_1200

Rusiya qoşunları ardıcıl iki gündür Ukraynanın “Naftoqaz” şirkətinin obyektlərinə zərbələr endirir.

ERAmedia  “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, son iki gündə “Naftoqaz” obyektləri pilotsuz uçuş aparatları ilə və azı dörd ballistik raket, o cümlədən kaset döyüş başlıqlı raketlərlə hücuma məruz qalıb.

İstehsalat obyektlərindən birinin əməkdaşlarını daşıyan avtobus zədələnib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Şirkətdən qeyd edilib ki, hücumlar nəticəsində dağıntılar olub. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır.


media-adspc

Bənzər xəbərlər