media-17842896883120512016_1200x630

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173 min 738 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ERAmedia-ya Dövlət Xidmətindən bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 32 min 940-ı (19 faiz) ilkin, 140 min 798-i (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 37 min 345, mənzil – 44 min 139, torpaq sahəsi – 85 min 454, qeyri-yaşayış binası – 1592, qeyri-yaşayış sahəsi – 4840, əmlak kompleksi – 314 və çoxmərtəbəli yaşayış binaları üzərində – 54 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 50 min 124-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-iyun ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 122 min 17 texniki pasport tərtib edilib, 30 min 545 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.


media-adspc

Bənzər xəbərlər