media-photo_5210876356596535938_x

Bazar ertəsi Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ürəyi dayanmış vəziyyətdə xəstəxanaya çatdırılıb.

ERAmedia xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, AH-1S tipli helikopter yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 06:00) Kyonqido əyalətinin Kapxyonq qəzasında qəzaya düşüb.

Rəsmilər bildiriblər ki, insident yanğın və ya partlayışla müşayiət olunmayıb.

Dəqiqləşdirilmiş məlumata əsasən, söhbət Quru Qoşunlarının 15-ci Aviasiya Qrupunun tərkibində olan, “Cobra” AH-1S tipli helikopterdən gedir. Hava gəmisi planlı təlim uçuşu həyata keçirirmiş.

Qəzanın səbəbləri hələlik məlum deyil, hərbçilər hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Vüsalə


media-adspc

Bənzər xəbərlər