Çimərliklərdə 26 dərəcə isti gözlənilir
Abşeron çimərliklərində iyulun 13-də mülayim şimal-qərb küləyi əsəcək.
ERAmedia xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.









