DSMF-nin xərcləri artıb
Bu ilin I yarımilində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb.
ERAmedia-ya bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 380,1 milyon manat və ya 10,2 faiz artıb. Xərclərin 97 faizini əhaliyə ödənişlər təşkil edib.










