Epşteynin son müsahibəsi üzə çıxdı - Sensaion DETALLAR
ABŞ-da yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbsdə olan milyarder Cefri Epşteyn öülümündən əvvəl verdiyi müsahibədə amerikalı milyarder Devid Rokefellerin “Üçlü Komissiya” adlı bir məşvərət platforması yaratdığını bildirib. Epşteynə görə, bu qurum zaman-zaman “İlluminati”yə bənzər, dünyanı idarə edən gizli təşkilat kimi xatırlanırdı.
ERAmedia xəbər verir ki, ABŞ ədliyyə nazirinin müavini Todd Blanç Epşteynə qarşı aparılan istintaq çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə təqdim olunduğunu açıqlayıb. Bu sənədlər arasında Epşteynin ölümü öncəsi xarici mediaya verdiyi və ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Steve Bannona müsahibəsi də yer alıb.
Müsahibədə Epşteyn iş və siyasət dünyasında yüksək səviyyəli əlaqələrinə toxunaraq, ABŞ-lı milyarder Devid Rokefeller ilə yaxın münasibətdə olduğunu qeyd edib. Epşteynin sözlərinə görə, Rokefeller qlobal siyasətin və iş dünyası liderləri ilə birlikdə müzakirə olunmasının vacib olduğunu düşünürdü və bu məqsədlə “Üçlü Komissiya” qurulub.
Epşteyn bildirib ki, “Üçlü Komissiya”ya zaman-zaman dünyanı idarə edən gizli bir təşkilat kimi baxılsa da, Rokefeller bu iddiaları rədd edib. Epşteyn qurumu Şimali Amerika, Avropa və Asiyadan siyasətçi və iş adamlarını bir araya gətirən bir “məşvərət platforması” kimi təsvir edib.
Rokefellerin fikrincə, seçilmiş siyasətçilərin mandat müddətləri məhdud olsa da, iş dünyası daha sabit rol oynayır və buna görə belə bir qurum yaradılıb. Epşteyn gənc yaşda Rokefeller Fondu və “Üçlü Komissiya” çərçivəsində Nobel mükafatı qazanmış alimlər, yüksək səviyyəli siyasətçi və iş adamları ilə bir araya gəldiyini bildirib.
O, bu təcrübələrin ona iş və siyasət dünyasında pulun tez-tez tələb olunan, lakin çox zaman yetərincə başa düşülməyən bir amil olduğunu öyrətdiyini söyləyib. Epşteyn “Üçlü Komissiya”nın 1990-cı illərin əvvəllərində Tokioda keçirilən ilk iclasına da qatıldığını və toplantılarda əsasən inflyasiya mövzusunun müzakirə olunduğunu qeyd edib.
Müsahibədə Epşteyn sərvətinin “çirkli pul” olduğuna dair ittihamları və ən pis əməlləri həyata keçirən şəxslərlə işləyərək qazandığı gəlirləri tənqid edənlərə cavab verib. O, bu gəlirləri az inkişaf etmiş ölkələrdə bəzi xəstəliklərin müalicəsinə sərf etdiyini iddia edib.
Müsahibədə bu pulların mənbəyinin ABŞ-da cinsi cinayətkarlar üçün istifadə olunan rəsmi təsnifatlara görə üçüncü dərəcəli cinsi təcavüzkar tərəfindən gəldiyi söylənsə, yardımı alanların reaksiyasının necə olacağını soruşulub. Epşteyn isə özünü üçüncü dərəcə deyil, daha aşağı kateqoriyaya aid olsa da, hələ də cinayət sayılan birinci dərəcəli “cinsi təcavüzkar” olaraq qiymətləndirdiyini deyib.
O, yardım alanların pulun mənbəyini bilib-bilməməsinin münasibətinə təsir etməyəcəyini iddia edib. Epşteynə “şeytan” bənzətməsi ilə sual veriləndə isə Epşteyn bu ifadəni rədd edərək, özünə qarşı dürüst olduğunu ifadə edib: “Yaxşı bir güzgüm var” deyib.
Qeyd edək ki, ən kiçiyi 14 yaş olmaqla 18 yaşdan kiçik bir çox qız uşaqlarına cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə yargılanan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhattan Metropolitan Mərkəz Həbsxanasında ölü tapılıb.
Açıqlanan sənədlərdə sabiq prens Andre, ABŞ prezidenti Donald Tramp, sabiq ABŞ prezidenti Bill Klinton, İsrailin sabiq baş naziri Ehud Barak, sabiq ABŞ vitse-prezidenti Al Gore, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, sehrbaz David Kopperfild, vəkil Alan Dershovitz və sabiq Nyu-Meksiko qubernatoru Bill Richardson kimi tanınmış şəxslərin adları yer alıb.
ABŞ Federal Təhlükəsizlik Bürosu (FBI) və Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmada, bu tanınmış şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğu ilə bağlı hər hansı sübut aşkar olunmayıb. Epşteynin hüceyrəsində intihar etdiyi təsdiqlənib, onun öldürülərək ört-basdır edildiyi iddiaları isə rəsmi olaraq təsdiqlənməyib.
Vüsalə










