media-img_8277

Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

ERAmedia xəbər verir ki, yekun nəticələrə görə, Ermənistanın hakim partiyası olan “Vətəndaş Müqaviləsi” Partiyası 726.818 səs və ya 49.7456 faiz səs toplayıb.

“Güclü Ermənistan” alyansı 340.006 səs və ya 23.271 faiz, “Ermənistan” bloku isə 144.983 səs və ya 9.9231 faiz səs toplayıb.

Bu nəticələrə görə, “Vətəndaş Müqaviləsi” parlamentdə 64 mandat, “Güclü Ermənistan” 29 mandat, “Ermənistan” bloku isə 12 mandat əldə edib.


media-adspc

Bənzər xəbərlər