Günay Novruzqızına yeni vəzifə verildi
Jurnalist Günay Novruzqızı fəaliyyətini Azersun Holdinqdə davam etdirəcək.
ERAmedia xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, bu gündən etibarən Azersun Holdinqin Korporativ Əlaqələr Direktorluğunun Xarici Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başlayıb.
Günay Novruzqızı Azersun Holdinqi hər zaman onun üçün doğma olan bir ailə kimi dəyərləndirdiyini qeyd edərək, yenidən bu kollektivə qayıtmasının sevinc və qürur hissi yaratdığını vurğulayıb.
Qeyd edək ki, G.Novruzqızı daha əvvəl “Lider” və Xəzər TV-də aparıcı, “Park Bulvar” Ticarət Mərkəzində mətbuat xidmətinin rəhbəri, Aqrar Sığorta Fondunda mətbuat katibi, eləcə də Bazarstore MMC-də PR və marketinq meneceri kimi çalışıb.









