media-6982f1095f9ef6982f1095f9f017701890656982f1095f9ed6982f1095f9ee

Son günlər sosial şəbəkələrdə Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi Azərbaycan sərkərdəsi Həzi Aslanov haqqında erməni radikal dairələri tərəfindən səsləndirilən əsassız iddialar növbəti dəfə tarixi sənədlərlə təkzib olunub.

ERAmedia xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib ki, erməni radikal çevrələri Həzi Aslanovun iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi ilə bağlı guya rəsmi sənədin mövcud olmadığını iddia etsələr də, arxiv materialları bunun tam əksini sübut edir.

Tarixçinin sözlərinə görə, Həzi Aslanovun hərbi uçot vərəqəsində onun layiq görüldüyü orden və medallar öz əksini tapır və bu sənədlər əsassız iddiaları tamamilə puç edir.

Zaur Əliyev qeyd edib ki, Sovet dövründə digər sahələrdə olduğu kimi, milli məsələlərdə də əsas məqsəd imperiyanın maraqlarına xidmət etmək idi. Onun sözlərinə görə, bir çox hallarda müxtəlif xalqların nümayəndələrinin milli mənsubiyyəti sənədlərdə olduğu kimi əks etdirilmirdi və Həzi Aslanov da həmin siyasətin təsirinə məruz qalan görkəmli şəxsiyyətlərdən biri olub.

Tarixçi vurğulayıb ki, Həzi Aslanov elə bir şəxsiyyətdir ki, hər bir xalq onun kimi qəhrəmanı ilə fəxr edə bilər. O bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Allahverdi Bağırov, Fred Asif, Əliyar Əliyev, Vəzir Orucov, Pəncəli Teymurov, Polad Həşimov, Mübariz İbrahimov və digər qəhrəmanların vətən sevgisinin formalaşmasında Həzi Aslanov kimi igidlərin nümunəsi mühüm rol oynayıb.

“Bu cür təxribat xarakterli iddialarla cəmiyyətdə fikir ayrılığı yaratmağa çalışan qüvvələr ola bilər. Ancaq belə cəhdlər Azərbaycan xalqının vətənpərvərlik ruhuna, öz torpaqlarını qorumaq əzminə və milli birliyinə təsir göstərə bilməz. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də birlikdə güclüdür”, – deyə Zaur Əliyev əlavə edib.


media-adspc

Bənzər xəbərlər