media-1770491058_f883e372f38ee9401ffae54a7d3da860

Hindistanın Haryana ştatının Fəridabad dairəsində Surackənd yarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

ERAmedia xəbər verir ki, hadisə nəhəng fırlanan yelləncəklərin yan dayağının oturacaqların ən yüksək nöqtəsində qırılması səbəbindən baş verib və insanlar yerə düşüb.

İnsident zamanı platformanın əyildiyini görüb insanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarət alan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fəridabad dairə komissarı Ayuş Sinqhin bildirib ki, platformanın operatoru barəsində cinayət işi açılacaq.

 


media-adspc

Bənzər xəbərlər