media-23631f9f3f189121a032e2cb29b12921

Respublikada taxıl biçini yekun mərhələyə keçib.

ERAmedia xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 21-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.

Mövsüm ərzində 827 min 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 877 min 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 365 min 154 hektar buğda, 462 min 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 371 min 200 ton buğda, 1 milyon 506 min 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 17 rayonda – Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda – Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında isə taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.


media-adspc

Bənzər xəbərlər