İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb
İranın danışıqlara başlamaq üçün irəli sürdüyü yeddi şərti ABŞ hökumətinə çatdırılıb.
ERAmedia xəbər verir ki, bu məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai X-dəki hesabında paylaşıb. O qeyd edib ki, ABŞ özünü çətin vəziyyətdən çıxarmaq üçün İranın şərtlərini və hüquqlarını qəbul etməkdən başqa seçimə malik deyil.
“Tehranın mesajı aydındır. İranın irəli sürdüyü yeddi şərt ABŞ hökumətinə çatdırılıb”, – deyə Rezai bildirib.
Yeri gəlmişkən, ABŞ-İran danışıqlarında vasitəçi ölkə olan Pakistanın daxili işləri naziri Möhsün Naqvin Tehrana səfər edəcək. İran rəsmiləri görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyini bildirsələr də, nazirin ABŞ-dən hər hansı bir mesajı gətirməsinə dair məlumat paylaşmayıblar.









